Təbii ki bir çoxlarımız avtomobil üçün ən yaxşısını seçməyə çalışırıq.Bəs seçim edərkən hansı növünü seçsək daha yaxşı olar? İlk öncə onu qeyd edək ki istehsalçının tövsiyyə etdiyi yağdan istifadə etmək ən yaxşı seçim olar😊
Sintetik mühərrik yağı-ən qabacıl texnologiyalarla hazırlanmış mühərrik yağı növüdür.Mürəkkəb kimyəvi reaksiyalardan, eləcə də kimyəvi sintezdən istifadə etməklə yaradılmışdır. Təkmilləşdirilmiş molekulyar formuluna malikdir, buna görə praktiki olaraq oksidləşmir, reaksiya vermir, təkmilləşdirilmiş özlülük var.Sintetik yağlar, həqiqətən, üç növ yağdan (mineral, yarı sintetik və sintetik) ən inkişaf etmiş yağlardır.Sintetik yağın əsas xüsusiyyətlərindən biridə odurki yanacaq sərfiyatını azaldır.Mühərriki qışda işə salmaq daha asandır, çünki aşağı temperaturda yağ o qədər də qatılaşmır.
Yarı sintetik mühərrik yağı – yarı sintetik mühərrik yağı tərkibində həm “sintetik”, həm də mineral mühərrik yağı var. Yəni bir növ motor yağlarının qarışığıdır. Fərqli istehsalçıların əlavə edilmiş yağ nisbətləri fərqlidir. Bununla birlikdə, 40-50% sintetikdir. Yəni, yarı sintetik yağda 40 - 50% sintetik və 50 - 60% mineral yağ var. Beləliklə, yarı sintetik motor yağı daha pis viskoziteye, oksidləşmə faizinə malikdir. Qışda mühərrikinin işə salınması, məsələn, sintetika qədər asan deyil, çünki özlülük səviyyəsi sintetikdən xeyli yüksəkdir.